Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
14:49
399

01
Okt
14:49



Qubada 18 nəfərə qarşı dələduzluq edən şəxs tutulub

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan XeberOxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, 41 yaşlı Nəsrulla Sultanov saxlanılıb. İlkin dindirmə zamanı N.Sultanov törətdiyi cinayət əməllərini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Quba rayonu ərazisində on səkkiz vətəndaşa qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, adı çəkilən şəxs vətəndaşların etibarından istifadə edərək, onları yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə vədlər verərək, onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.

Polis əməkdaşları Nəsrulla Sultanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az