XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



05 Iyun
2021
20:00
6149
05
Iyun
20:00



Samirə "Eurovision"dakı bayraq qalmaqalından danışdı

"Mən, nə də ki, başqaları icazə verə bilməzdik bayrağımız yerdə olsun, nəinki bizim, hətta başqa ölkələrinki də. Hər zaman yerdən götürüb yuxarı qoyurduq. Finalda bayrağı divanın üstünə sərdim ki, orada rəqs edəndə bayraq düşməsin. Arena elə qurulub ki, üstdən çəkiliş zamanı bayraq bizimlə eyni səviyyədə görünürdü".

Xeberoxu.Az xəbər verir ki, müğənni Samirə Əfəndi "10-da görüşək" proqramında deyib. Sənətçi "Eurovision" müsabiqəsində Azərbaycan bayrağı ilə bağlı yayılmış görüntülərdən danışıb. Samirə əcnəbi rəqqasənin bayrağımızı ayaqlarının arasına qoymasına aydınlıq gətirib:

"Həmin rəqqasə xanıma başa saldıq ki, bunu eləmək olmaz. O qız da bütün rəyləri tərcümə edərək oxuyub səhərəcən ağlayırdı. Mən hərbçi qızıyam, yanımda heç kəs bayrağa hörmətsizlik edə bilməz. O qız çox həyəcanlı idi, insan nə etdiyini bilmir. Finalda bayrağı öpüb üzr istəyəcəkdi, amma bizi çəkmədilər. Hətta Birləşmiş Krallıq təmsilçisi bayraqlarını ayaqlarına dolamışdı. Mən onda işarə etdim ki, götür, şəkil çəkdirək. Xahiş edirəm, bu məsələ uzanmasın. Artıq xoşagəlməz hal almağa başlayır".

Samirə yenidən müsabiqəyə qatılmaq istədiyini gizlətməyib. O bildirib ki, bu dəfə daha güclü şou ilə səhnəyə çıxmağı arzulayır.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Xızıda "patı" gəzdirən şəxs saxlanılıb








Bakıda yük avtomobili karantin postuna çırpılıb








Lənkəranda minik avtomobili yanıb








Samuxda həmkəndlisini bıçaqlayan şəxs tutulub


Digər Şou-biznes xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.