XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



12 Iyun
2021
11:35
875
12
Iyun
11:35



Mariya Stadnik: "Olimpiya çempionluğum Tanrıdan asılıdır"

"Turnirdə qızıl medal qazandım. Nəticədən razıyam".

Bu fikirləri Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) yutub kanalına müsahibəsində Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirinin qalibi olması barədə danışarkən deyib.

2 qat dünya və 8 qat Avropa çempionu bildirib ki, dağdakı təlim-məşq toplanışından sonra zalda nəfəs almaq çətin olur: "Özünü elə hiss edirsən ki, sanki çəkin ağırlaşıb. Bu, Tokio olimpiadası öncəsi son turnir idi. Belə yarışlar önəmlidir. Özümüzü yoxlamalı, hansı formada olduğumuzu görməli, hazırlığa daha nələri əlavə etməli olduğumuzu bilməli idik".

Stadnik Varşavada apreldə keçirilmiş Avropa çempionatında da qızıl medal qazanıb. Onun sözlərinə görə, həmin yarışda çıxış etmək daha çətin olub: "Bu, karantindən sonra olk ciddi sınağım idi. Uzun müddətdir yarışlarda iştirak etmirdim. Psixoloji planda çətin idi. Hazırda daha yaxşı formadayam və özümə daha çox güvənirəm. Bu mənada Polşadakı turnirdə iştirak daha asan oldu".

Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqdan da söz açan Stadnik uğur qazanmaq üçün özündən asılı olan hər şeyi etdiyini vurğulayıb: "Qızıl medaldan ötrü həm fiziki, həm də psixoloji baxımdan ciddi hazırlaşıram. Son olimpiadada buna cəmi 5 saniyəm çatmadı. Hər şey Tanrının əlindədir. Qızıl medal qazanıb-qazanmayacağımı yalnız o bilir. Mən isə öz növbəmdə, əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçirilməlidir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Lənkəranda “patı” satan daha 9 nəfər saxlanıldı








Bərdədə 35 yaşlı kişi həmkəndlisi tərəfindən öldürülüb








Goranboyda "Opel" yanıb








Dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib


Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.