XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



12 Iyun
2021
17:10
2389
12
Iyun
17:10



Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarış keçirilib- FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarış keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsinə daim diqqət yetirdiyini, yarışların keçirilməsində əsas məqsədin hərbi hissələrdə atletikanın daha da inkişaf etdirilməsinə yönəldiyini qeyd edib və idmançılara uğurlar arzulayıb.

Bildirilib ki, hərbi idmançılar döyüş hazırlığında göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq arenalarda da yüksək nailiyyətlər əldə edirlər.

On iki komanda üzrə 214 nəfər hərbi idmançının iştirak etdiyi yarışların yekununda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

Rövşanə Nağıyeva

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Lənkəranda “patı” satan daha 9 nəfər saxlanıldı








Bərdədə 35 yaşlı kişi həmkəndlisi tərəfindən öldürülüb








Goranboyda "Opel" yanıb








Dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib


Digər Hərbi xəbərlər xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.