XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



12 Iyun
2021
22:30
1126
12
Iyun
22:30



“Avro-2020”: Uels - İsveçrə matçı heç-heçə başa çatıb

İyunun 12-də futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Uels - İsveçrə matçı heç-heçə başa çatıb.

 Xeberoxu.Az xəbər verir ki, fransalı referi Klement Turpinin idarə etdiyi oyunda komandalar hərəyə bir dəfə fərqləniblər.

Qarşılıqlı hücumlar şəraitində keçən matçda komandalar bir neçə dəfə təhlükəli vəziyyət yaradıblar. Lakin komandaların cəhdlərinə baxmayaraq, oyunun birinci hissəsində qapılara top vurulmayıb.

Görüşdə nisbətən üstün oyun nümayiş etdirən İsveçrə millisi ikinci hissənin əvvəlində hesabı açıb. Bakı Olimpiya Stadionunda İsveçrə millisinin hücumçusu Breel Embolo adını tabloya yazdırıb. Matçın 49-cu dəqiqəsində künc zərbəsindən hava ötürməsini başla dəqiq zərbə ilə tamamlayan futbolçu Bakıda vurulan ilk qolun müəllifi olub.

Bu qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan Uels komandası 74-cü dəqiqədə istəyinə çatıb. Künc ötürməsindən sonra topa başla zərbə vuran Kieffer Mur hesabda tarazlığı bərpa edib.

Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol videonəzarət (VAR) sistemində baxıldıqdan sonra qeydə alınmayıb.

Qalan dəqiqələrdə də İsveçrə komandası hesabı dəyişmək üçün təzyiqi artırsa da, istəyinə çata bilməyib və matç 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, A qrupunun birinci oyununda İtaliya millisi Türkiyə seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu komandalar indiyədək müxtəlif turnirlərdə yeddi dəfə üz-üzə gəliblər. Həmin görüşlərin beşində İsveçrə, ikisində isə Uels millisi qalib gəlib.

Uels yığması ikinci dəfədir Avropa çempionatının final mərhələsində iştirak edir. Komanda qitə çempionatlarında 2016-cı ildə debüt edib. Həmin çempionatda komanda yarımfinala qədər irəliləyib.

Daha əvvəl dörd dəfə Avropa çempionatlarının qrup mərhələsində çıxış edən İsveçrə seçməsi ən yaxşı nəticəni 2016-cı ildə göstərib. Həmin çempionatda qrupdan çıxmağı bacaran komanda səkkizdəbir finalda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması keçiriləcək.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Xızıda "patı" gəzdirən şəxs saxlanılıb








Sumqayıtda tanışı tərəfindən bıçaqlanan şəxs hadisə yerində ölüb








Bakıda yük avtomobili karantin postuna çırpılıb








Lənkəranda minik avtomobili yanıb


Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.