Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



04 Fev
2023
19:47
729
04
Fev
19:47



Qubada Polis Akademiyasına qəbulla bağlı görüş keçirildi - FOTO

Qubada Heydər Əliyev Mərkəzində Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə tədbiri Quba Rayon Polis Şöbəsi təşkil edib.

Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra isə vətən müharibəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev, şöbə rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı  Vüsal Rüstəmov, şöbə rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov, mərkəzin rəhbərliyi,  təhsil şöbəsinin nümayəndələri, polis əməkdaşları, müəllimlər və 11-ci sinif  şagirdlər iştirak ediblər.

Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub.

Polis Polkovniki M.Əliyev ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, ölkəmizin qocaman təhsil müəssisəsinin savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis rəisi orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.

Sonda abituriyentlərin  sualları cavablandırılıb.


Xeberoxu.az

Məqalə:     #Qubada    #Polis    #Akademiyasına    #qəbulla    #bağlı    #görüş    #keçirildi    #FOTO  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə








© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.