13 Fev
2020
14:16
613

13
Fev
14:16



Quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı hazırlanıb

Quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən “Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb.

Xeberoxu.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verib. Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakı kimidir:

➢ Yüksək patogenli quş qripi üzrə:
- Müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.)
- Zoopark quşları, vəhşi və ov quşları
- İnkubasiya yumurtası
- Süfrə yumurtası və yumurta məhsulları
- Quş sperması
- Quş əti (soyudulmuş, dondurulmuş və s.)
- Quş əti məhsulları
- Quş əti və sümüyünün unu (yem üçün istifadə olunan)
- Quş tükü və lələkləri

➢ Koronavirus üzrə:
- İsti və soyuqqanlı vəhşi heyvanlar
- Zoopark heyvanları
- Vəhşi heyvanların trofeyləri
- Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.)
- Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.)
- Heyvan mənşəli ət məhsulları
- Ev heyvanları
- Quş və quş məhsulları

Qeyd edək ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.