Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Noy
2019
11:59
409

11
Noy
11:59



Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir
Xalq arasında pol-pola adı ilə tanınan xovlu evra bitkisindən nəinki ənənəvi, həmçinin qeyri-ənənəvi təbabətdə də istifadə edilir. Onun vətəni Şri-Lanka hesab olunur. Orada bitən pol-pola bitkisinin müalicəvi xüsusiyyətləri digər yerlərdə bitənlərdən çox fərqlənir. Radiasiya səviyyəsinin yüksək olduğu ərazidə yaşayanlar həmin bitkidən istifadə edə bilərlər.
XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, pol-pola orqanizmdə gedən iltihabi proseslərin qarşısını alır, tənəffüs yollarını selik və toksik maddələrdən təmizləyir. Bronxit, traxeit və qrip kimi xəstəliklərin müalicəsində istifadə olunan bu dərman vasitəsinin, eyni zamanda, antibakterial və sidikqovucu təsirləri də var. Pol-poladan ağrıkəsici kimi oynaqların iltihabı zamanı da istifadə etmək olar. Həmçinin dərinin normal rəngini bərpa edir, səpgi və sızanaqların qarşısını alır. Sinir sisteminin funksiyasını normallaşdırır, böyrəklərin pozulmuş fəaliyyətini bərpa edir. Qanın laxtalanma qabiliyyətini azaldaraq damarlarda tromb əmələgəlmə prosesinin qarşısını alır. Bitkinin xoş ətrə malik olması ondan gündəlik çay kimi istifadə etməyə imkan verir. Pol-pola, həmçinin böyrəklərdə daşların da parçalanmasını təmin edir. Onunla aparılan imalə nəinki mədə-bağırsaq traktını, həmçinin sidik-ifrazat sistemini və öd yollarını təmizləyir.
Daha çox diuretik, böyrək və qaraciyər daşlarının parçalanmasında istifadə edilən pol-pola qanda xolesterinin miqdarını aşağı salır, yaddaş və immuniteti gücləndirir. Pol-polanın ətirli çay kimi dəmlənib içilməsi də faydalıdır. Qrip və soyuqdəymə zamanı çox xeyirlidir, tənəffüs yollarını bəlğəmdən təmizləyir, kolit, infeksiya və böyrək xəstəliklərində antibakterial təsir göstərir.
Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında







Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə







“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”







Deputat oğlunun həbs müddəti uzadıldı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az