![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
03 Yan 2022
21:43
![]() |
03
Yan 21:43
![]() Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya gətirilib – YENİLƏNİB Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib. Bu barədə APA-ya rejissor Tahir Tahiroviç məlumat verib. O bildirib ki, görkəmli diplomat sabah 12:30-da II Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 15:24 Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərhumun nəşi bu gün Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Moskvadan Bakıya göndərilib. Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq. Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|
|