XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



11 Avq
2022
01:00
722
11
Avq
01:00



Regekampf: “Avstriyaya qələbə üçün gəlmişik”

“İlk oyunda qələbə qazandıq. Buraya da bunun üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşacaq. Çünki evdə oynayırlar”.

Xeberoxu.Az “Report”a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avstriyanın “Rapid” komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis matça hazır olduqlarını bildirib:

“Rapid” ciddi rəqibdir. Səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmət edirik, amma qələbə qazanmaq niyyətindəyik”.

Rumıniyalı baş məşqçi öz güclərinə inandıqlarını vurğulayıb:

“Bizim kifayət qədər gücümüz var. Yalnız qələbəyə köklənmişik. Bakıya pozitiv nəticə ilə qayıtmaq istəyirik. Bunun üçün də vuruşmalıyıq. Futbolçulara da bu mesajı vermişəm. Rəqibin gücünə də bələdik. Hücum xəttində çox güclü futbolçuları var. Onlara boşluq verməməliyik. Qol buraxsaq, mübarizə aparmalı və hesabı bərabərləşdirməliyik. Əminəm ki, komandam bu matçda fiziki cəhətdən hazırlıqlı olacaq”.

Regekampf Vyana təmsilçisinin zəif cəhətlərini oyunçulara söylədiyini vurğulayıb:

“Hər mütəxəssis qarşısındakı komandanı analiz edir. Bu da normaldır. Futbolçulara onların zəif nöqtələrini göstərməyə çalışmışıq. Ancaq günün sonunda biz də futbolçulardan asılı qalırıq. Sabah meydanda öz işlərini görməlidirlər”.

Baş məşqçi mərhələ adlayacaqları təqdirdə istənilən sözü verməyə hazır oluğunu bildirib:

“Sizə hər cür söz verə bilərəm. Sabahkı oyunu gözləyək. Biz güclü rəqibə qarşı oynayacağıq. “Rapid” Avstriyanın güclü klublarından biridir. Onlar da növbəti mərhələ üçün əllərindən gələni edəcəklər”.

Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.