CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Iyun
2019
03:00
1989

05
Iyun
03:00



"Riqoletto" operasının tamaşasında Serbiya, Özbəkistan və Azərbaycanin opera ulduzları birgə çıxış edəcəklər

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto”operasının tamaşası keçiriləcək.

Teatrdan XeberOxu.Az-a verilən məlumata görə, Azərbaycan Dövlət Opera və Balet Teatrı bu tamaşada Riqoletto partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət edib.

Hersoq rolunda isə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Ramiz Usmanov çıxış edəcək.

Opera tamaşasında əsas partiyalardan biri olan Cilda partiyasını Azərbaycanın Əməkdar artisti İnarə Babayeva ifa edəcək.

Tamaşada həmçinin Azərbaycanın Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artist Tural Ağasıyev, solist Nina Makarova və b. çıxış edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az