Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Avq
2019
07:20
411

12
Avq
07:20



Roma Papası: Onların ritorikası Hitlerin bəyanatlarından da pisdir

Roma Papası Fransisk Avropa ölkələrini birləşməyə çağırıb və qeyd edib ki, bugünkü Avropa siyasətçilərinin ritorikası nasist lideri Hitlerin 1934-cü ildə verdiyi bəyanatlarından da pisdir. O, Köhnə qitədə yenidən baş qaldıran qatı milliyyətçilik meyilləri ilə bağlı xəbərdarlıq edib, bunun nümunəsi kimi İtaliyanın hazırkı Daxili İşlər nazirinin çıxışlarını misal gətirib. Bu siyasətçi "italiyalılar üstündür" şüarı altında hökumətdən dəstəyini geri çəkib və nəticədə ölkədə siyasi böhran yaranıb. Matteo Salvini, həmçinin digər ölkələrinin siyasətçilərini də Avropa İttifaqına qarşı "suverenlik" fəaliyyətinə çağırıb.

XeberOxu.az AZƏRTAC-a istinadən bildirir ki, La Stampa qəzetinə müsahibə verən Roma Papası bu hərəkətləri təcridolunma siyasəti kimi dəyərləndirib. O deyib: "Mən Avropanın milliyyətçi siyasətçilərinin fəaliyyətinə baxanda Adolf Hitlerin 1930-cu illərdə çıxışlarını xatırladım. Onların arasındakı bənzərlik məni çox narahat etdi. "Biz üstünük, yenə də biz...biz..." sözləri qorxulu fikirlərdir.

Avropada gələn ilin mayında keçiriləcək seçkilər ərəfəsində italiyalı nazirin "suverenlik" alyansına Fransanın ultra-sağ hərəkatının lideri Marin Le Pen və Macarıstanın Baş Naziri Viktor Orbanın da dəstək verdiyi bildirilir. Ultra-sağ təmayüllü siyasi partiyaların daha da güclənməsi Papanı narahat edib. O, dövlətlərin suverenliyinin vacib olduğunu, eyni zamanda, Avropa İttifaqını qorumağın və inkişaf etdirməyin zəruriliyini qeyd edib. Əlavə edib ki, "suverenlik" hərəkatı Avropada ciddi fəsadlara səbəb ola bilər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.