# EVDƏQAL
# EVDƏQAL



15 May
2020
18:22
10584

15
May
18:22



Rövşən Lənkəranskinin tərəfdarına növbəti ittiham irəli sürüldü - VİDEO

Cinayət aləmində “Kürd Elnur” kimi tanınan, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Elnur Abbasovla bağlı Suraxanı Rayon Polis İdarəsində növbəti cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə ittiham olunur.

XeberOxu.Az-ın məlumatına görə,  Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, mayın 11-də E.Abbasov dostu Zamin Babayevə (1988-ci il təvəllüdlü) məxsus BMW avtomobilini qəsdən Yeni Günəşli qəsəbəsinin ərazisindəki dərədən atıb.

Saxlanılan şəxs əvvəllər yetkinlik yaşına çatmayan şəxsin cinayət fəaliyyətinə cəlb edilməsi, dələduzluq, soyğunçuluq, yol hərəkəti qaydalarını pozma, nəqliyyat vasitəsinin istismarı, qəza yerindən qaçmaq və özbaşınalıq əməllərinə görə cəza çəkib.

E.Abbasov özünü 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) başçılıq etdiyi cinayətkar klana aid edir.

R.Canıyevin ölümündən sonra onun böyük dəstəsi parçalanıb. “Kürd Elnur”un təsir dairəsinə gəlincə, o, dar cinayətkar dairələrdə nüfuza malikdir.

Baxmayaraq ki, “YouTube”da E.Abbasovun odlu silahını nümayiş etdirdiyi, avtomat və iki tapançadan atəş açdığını əks etdirən görüntülər yerləşdirilib, təəccüblüdür ki, ona qarşı əvvəllər irəli sürülən Cinayət Məcəlləsinin maddələri arasında qanunsuz silah saxlama və gəzdirmək ittihamı olmayıb. 

 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Rauf Məmmədov beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi olub







Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq







Standard sığorta şirkətinin müştərilərinin NƏZƏRİNƏ







Prezident İlham Əliyev: "Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi"


Digər Kriminal xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.