11 Fev
2020
19:31
2202

11
Fev
19:31



Röya ilə Brilliant qalmaqaldan sonra bir arada

Xalq artistləri Röya Ayxan və Brilliant Dadaşova yaşadıqları gərginlikdən aylar sonra bir araya gəlib.

Xeberoxu.az-ın məlumatına görə, onlar toy məclislərinin biri üçün Moskvaya yollanıblar və orada görüşüblər. Eyni masa arxasında əyləşən ifaçıların şəklini müğənni Hacı Nazim Məmmədov sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, İTV-də yayımlanan “3D” verilişində Röyaya “Brilliant Dadaşova erməni ifaçıya “super” şərhini yazmışdı. Siz bunu edərsiniz” deyə, sual ünvanlanıb. Röya isə Dadaş Dadaşlinskiyə bu cavabı vermişdi:

“Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə “super” yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında “super” yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Ümumiyyətlə, niyə mənim mahnımı oxumalıdır ki? Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub”.

B.Dadaşova isə Röyanı İnstaqramda izləmədən çıxararaq “Səhnəyə çıxdığım gündən indiyənə kimi təriflədiyim hər kəs fürsət tapdıqca kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizlərə güvənərək təsəlli tapdım. Şükür olsun, arzularımın adamı həyatımdadır” deyə, paylaşım etmişdi.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.