# EVDƏQAL
# EVDƏQAL



02 May
2020
13:00
6174

02
May
13:00



Röya və Natavan arasında imic qalmaqalı - Foto

Xalq artisti Röya Ayxanın yeni imici qalmaqala səbəb olub.

XeberOxu.Az xəbər verir ki, onun uzunsaçlı obrazı həmkarı Natavan Həbibinin yeni klipindəki görüntüsü ilə eyniləşdirilib. Sosial şəbəkə istifadəçiləri Natavanı Röyanı təkrarlamaqda günahlandırıb.

Müğənni isə bu imicdə Röyadan öncə olduğunu sübut etmək üçün İnstaqramın “Story” bölməsində paylaşımlar edib. Natavan bölüşdüyü videolarla ötən ay klip çəkilişləri zamanı bu görüntüdə olduğunu qeyd edib.

Sənətçi daha sonra Röyanın yeni fotosessiyası zamanı onun imici üzərində çalışan Anar Ağakişiyevi işarələyərək “Səidə Sultanın geyim obrazından danış mənə. Anar, sən oynayırsan? Başqa nə var, nə yox?” deyə, yazıb.

Natavan “2010-cu il, “OK” jurnalının üz qabığında” adlı paylaşımı da “repost” edərək bu imicinin illər öncəyə dayandığını bildirib.

Röya isə fotosessiyadan daha bir paylaşım edərək “Bir üzü ağarıb guya…” sözləri ilə qarşılıq verib.

Qeyd edək ki, bir müddətdir sənətçilər arasında qalmaqal yaşanır. N.Həbibi iki ay öncə “Söhbətsiz” proqramında Röyanı onun həyatını məhv etməkdə günahlandırmışdı. Röya isə ifaçını “bədbəxt” adlandırmışdı.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda itləri döyüşürüb bir-birinə yedirirlər - DİN məsələyə qarışdı







Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK







“McDonald’s Azərbaycan”dan karantində olan insanlara dəstək - Video







Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.