AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





03 Iyun
2019
20:24
861



Ruhi Əliyeva onları mükafatlandırdı

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, “Liatris Holdinq” və News24.az saytının təşkilatçılığı ilə “Mənə dünyanı çək” adlı rəsm-sərgi müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. 

Xeberoxu.az” xəbər verir ki, 150-dən artıq rəsm əsərinin nümayiş olunduğu sərgidə ictimai-siyasi və mədəniyyət-incəsənət nümayəndələri iştirak edib. Rəsm-müsabiqə haqqında tədbir iştirakçılarını məlumatlandıran aparıcısı Azər Süleymanlı mükafatlandırmanın Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə həyata keçirildiyini vurğulayıb.

O, tədbirdə ilk sözü sərgi-müsabiqənin təşəbbüskarı, “Liatris Holdinq”in direktoru Ruhi Əliyevaya təqdim edib. Gələn qonaqları salamlayan iş xanımı bu işdə dəstək olan münsiflər heyətinə təşəkkürünü bildirib: 

“Öncə bu işdə bizə dəstəyi olan peşəkar münsiflər heyətinə öz minnətdarlığımı bildirirəm. Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə belə sevincli üzləri görmək necə də böyük xoşbəxtlikdir. Hər bir vətəndaşın borcudur ki, bu günkü gündə bizim gözəl balalarımızı təbrik etsin, bu gün biz də rəsm müsabiqəsi və sərgisi təşkil etdik, Azərbaycanın çox istedadlı övladları var, mən bununla qurur hissi duyuram. İnanın o rəsmlərin hər birinə baxdıqca içimdə o qədər fərəh, qürur hissi duydum ki, görün Azərbaycanın nə qədər istedadlı övladları var. Azərbaycanın gələcəyi, istedadlı balalarımıza hər zaman dəstək olmaq borcumuzdur. Övladlarımız üçün bu gün rəsm, sabah başqa bir uğuru naminə gücümüzü, fikirlərimizi, dəstəyimizi onlardan əsirgəməyək. Uşaqlar bizim gələcəyimiz, varlığımızdır. Onlar gələcəyin əsgəri, məmuru, sənətçisidir. Bizim gələcəyimizdir”. Sonda 5-10 yaş qrupunda I yerə qalibi Emin Əbdüləzmzadə, II yerə Dəniz Quliyeva, III yerə isə Aylin Qurbanlı layiq görülüb. 11-15 yaş qrupunda isə I Firəngiz Həsənova, II Finarə Nəzərova, III Turan İbrahimli olub. Həmçinin hər yaş kateqoriyasından 5 nəfər həvəsləndirici mükafata layiq görülüb. Qaliblərin hər biri münsiflər heyəti tərəfindən ayrılıqda mükafatlandırılıb. 

Açılış və təltifetmə mərasimindən sonra isə istedadlı uşaqların rəsm əsərlərindən ibarət sərginin qırmızı lenti kəsilib.

 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər







Nazir: Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub







Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi







Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az