XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



24 Noy
2020
14:03
2169
24
Noy
14:03



“Ermənistan vandalizmi hələ də davam edir” – Politoloq

“Erməni vandalizmi və barbarlığı yenidən özünü ən kəskin formada büruzə verir. Belə ki, həmən ərazilərdə qeyri-qanuni məskunlaşan, eyni zamanda Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olaraq, zəbt edilmiş torpaqlardan erməni əhalisi çıxarkən Azərbaycanlılar tərəfindən inşa edilmiş binalara od vururlar. Çalışırlar ki, heçnə Azərbaycanlılara qalmasın”.  

Bu fikirləri Xeberoxu.az-a politoloq İlyas Hüseynov bildirib.  O qeyd edib ki, bununla yanaşı, ekologiya ziyan vururlar, meyvə ağaclarını, böyük əhəmiyyət kəsb edən meşə fondunu məhv edirlər və ya Ermənistan ərazisinə daşıyırlar. Bu, həm Kəlbəcər, həm Laçın, həm də Ağdam ərazisində də müşahidə olunurdu. Artıq Ağdam ərazisində Azərbaycan silahlı qüvvələri yerləşib və Ağdam Azərbaycanın nəzarətinə keçib. Lakin hələ də Ermənistanın vandalizmi, barbarlıq siyasəti davam etdirilir. Eyni zamanda fərdi və izibati yaşayış evlərinə ziyan vurulur”.

Politoloq qeyd edib ki, bu vəziyyətə Beynəlxalq ictimai təşkilatlar, qeyri hökümət və ya monitorinqi həyata keçirilməli olan müəyyən qurumlar susqunluq nümayiş etdirirlər: “Bu da çox böyük təəssüf doğurur. Bununla yanaşı, Ermənistanda kütləvi iğtişaşlar höküm sürür, hakimiyyətdən narazı qüvvələr, mitinqlər, nümayişlər həyata keçirirlər. İnsan hüquq və azadlıqlarını sərbəst toplaşmaq azadlığını, söz və fikir azadlığını, informasiya azadlığı siayəsətində belə qabaqcıl yerdə olan jurnalistlər təqib olunur və həmin şəxslər həbs edilir. Onlara qarşı siyasi təzyiq alətlərindən istifadə olunur”.

Ekspert deyib ki, buna rəğmən Avropa şurası və bu kimi insan hüquq və azadlıqlarını qorunması istiqamətində daim Azərbaycana qarşı qərəzli mövqedə duran təşkilatlarda susqunluq nümayiş etdirir: “Azərbaycanda hər hansı xırda bir hadisəyə kəskin reaksiya, münasibət bildirən Avropa şurası hazırda ermənistanda cərəyan edən proseslərə susqunluq nümayiş etdirirlər.  Nufuzlu partiyalar, deputatlar həbs olunur”. 

Qasımova Şahnun

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu







Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib







Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı







Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.