XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



24 Noy
2020
17:50
1557
24
Noy
17:50



Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev

Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etməsi böyük bir qələbədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdi. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i yəni 77,4 %-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Bu işğalla düşmən bu rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurmuşdur. İşğaldan əvvəl bu rayonda 143 min nəfər əhali yaşayırdı. Hazırda Ağdam rayonunun sakinlərinin sayı 204 min nəfərdir. Ağdamlılar həm birinci, həm də ikinci Qarabağ müharibısində qəhramancasına vuruşublar, çoxlu sayda şəhidlər veriblər.

Rayonun Azərbaycan dövlətinin nəzarətində olan ərazisində son illər ərzində böyük abadlıq və quruculuq işləri aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Ağdam rayonunun mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində sosial obyektlər tikilib istifadəyə verilmiş, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir. Görülmüş işlər və invesisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45% -i Ağdam rayonunun ərazisində yaşayır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibəti xalqa müraciəti zamanı bildirdi ki, indi Ağdam üçün yeni bir dövr başlayır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq.

Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Biz tarix yazdıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazdıq. Bu Zəfər tarixidir. Bundan sonra biz ilk növbədə, işğaldan azad edilmiş torpaqlarımıza vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.

Tam əminliklə qeyd etmək olar ki, Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan Vətən Müharibəsində Şanlı Qələbəmizin müəllifi olan Azərbaycan respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müharibədən sonra vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaları üçün müəyyən edilmiş Dövlət Proqramları uğurla həyata keçiriləcək.

Milli Məclisin deputatı

Rauf Əliyev

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu







Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib







Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı







Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.