XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



24 Noy
2020
18:01
3593
24
Noy
18:01



Ermənistan şərtləri pozarsa nə dəyişə bilər ? - Millət Vəkili Elşad Mirbəşiroğlu

“Ermənistan tərəfi 9 noyabr tarixində imzalanmış birgə bəyanatın şərtlərinə əməl etməkdən boyun qaçırarsa, bu Ermənistan üçün çox ağır olacaq.  Rusiya Federasiyasının prezidenti Vladimr Putinin  sözləri ilə desək “özünü intihara bərabərdir”.Həm Ermənistan rəsmiləri, həm də Rusiya prezidenti Ermənistanın ağır vəziyyətdə olduğun bildiriblər”.

Bu fikirləri Xeberoxu.az-a Millət Vəkilli Elşad Mirbəşiroğlu bildirib. O, Qey edib ki, Ermənistan prezidenti Armen Sarkisyan bir neçə gün öncə Ermənistanın bütün müstəvilərdə uduzduğunu açıqladı: “Təcavüzkar ölkənin prezidenti bu etirafı edirsə, nəzərə almaq lazımdır ki, o bunu çalışdığı qədər  yumuşaq tərzdə edib. Ermənistanın vəziyyəti ifadə ediləndən də qat-qat ağırdır.

Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın etdi və  kaputuliyasiya sənədi imzalamağa məcbur etdi. Bunu Azərbaycan dövləti və Azərbaycan ordusu etdi. Onlar razılaşmanın şərtlərindən imtina etmə ehtimalı sıfıra bərabərdir. Münaqişə zonasına isə Rusiya sülhməramlıları yerləşdirilib. Sülh məramlılarında funksiyası razılaşmanın şərtlərinə dəqiqliklə əməl olunmasını təmin etməkdir. Rusiya sülhməramlıların münaqişə zonasında olması razılaşmanın şərtlərinə təminatdır”.

Onun sözlərinə görə, Ali Baş Komandanın vurğuladığı kimi Azərbaycanın həmişə sözü ilə əməli üst - üstə düşən dövlətdir: “Rusiya tərəfi də Azərbaycan ilə  bağlı həmişə rahatlığını nümayiş etdirir. Azərbaycan tərəfi şərtlərə əməl edir, Ermənistan tərəfindən bəyanatın şərtlərindən imtinaya çağırışlar müşahidə olunmaqdadır. İndiki şərtlərdə və Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdə bu razılaşmadan boyun qaçırmaq imkanları mövcud deyil”.
Leyla Əşrəfli
Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu







Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib







Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı







Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.