02 Iyun
2020
05:47
1328

02
Iyun
05:47



Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub

Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub. Onların çoxu xəstəliyi yüngül keçirib, beş KİV əməkdaşı isə infeksiya səbəbindən həyatını itirib.

XeberOxu.Az-ın məlumatına görə, AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Jurnalistlər Federasiyası bütün dünyada 30 ölkədən olan 60-dan çox KİV əməkdaşının COVID-19 xəstəliyindən vəfat etdiyi barədə informasiya yayıb.

Mənzil qərargahı Cenevrə şəhərində yerləşən “Press Emblem Campaign” qeyri-hökumət təşkilatı isə öz növbəsində bu ilin mart ayından indiyədək koronavirus infeksiyasından 31 ölkədən azı 117 jurnalistin öldüyünü bildirib.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.