07 Apr 2021
18:11
![]() |
07
Apr 18:11
![]() Rüşvətə görə istintaqa cəlb olunan xəstəxana rəhbəri işdən kənarlaşdırılıb - FOTO “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rüşvətə görə cinayət işi başlanılan direktoru Nuru Nuriyev işindən müvəqqəti kənarlaşdırılıb. TƏBİB-dən “Report"un sorğusuna cavab olaraq bildirilib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə direktor vəzifəsi Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılova həvalə edilib və o, Ağdaşa ezam olunub. Həmçinin qeyd olunub ki, Yevlax RMX direktorunun vəzifəsinin icrası direktorun müavini, baş həkim Gülağa Əzizova həvalə edilib. Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bu il baş verən yol qəzaları ilə bağlı məlumat
Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var
Özünü Kürə ataraq intihar edən Yevlax sakini
Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO
|
|