XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



21 Iyul
2021
15:05
843
21
Iyul
15:05



SOCAR Karbamid Zavodu tam gücü ilə istehsala başlayıb

İki ildən çoxdur ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünün Karbamid Zavodunun timsalında ölkədə qeyri-neft sektorunun inkişafına tövhə verir.

 Xeberoxu.Az xəbər verir ki, bu layihə “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və “Sənayenin İnkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilib.

Məqsəd azot gübrəsi idxalından asıllığın aradan qaldırılması, yerli fermerlərin sərfəli qiymətlərlə azot gübrəsinə olan tələbatının ödənilməsi və nəticədə ölkədə kənd təsərrüfatının inkişafına əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, karbamidin idxalı ilə bağlı sərf edilən xarici valyutanın ölkə ərazisində qalması, karbamidin ixrac edilməsi vasitəsilə valyuta gəlirlərinin artırılması, təbii qazın xammal qismində deyil, emal edilmiş məhsul şəklində satışı vasitəsilə gəlirlərin artırılmasıdır.

2019-cu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı edilən zavod ilin may ayından karbamid məhsulunun satışı həyata keçirməyə başlayıb. Lakin, zavodun zəmanət dövrü çərçivəsində baş podratçı şirkət - “Samsung” tərəfindən həyata keçirilən sınaq-sazlama işləri əsnasında bir sıra avadanlıqlarda qüsurların aşkarlanması səbəbindən zavodun tam gücü ilə istismar edilməsi mümkün olmayıb.

Ötən il dünyada koronavirusla (COVID-19) bağlı yaranmış vəziyyət, eləcə də ölkədə tətbiq edilmiş hərbi vəziyyətlə əlaqədar sözügedən avadanlıqların tam təmiri üçün xarici istehsalçı şirkətlərin nümayəndələrinin zavoda səfəri təxirə salınıb. Odur ki, işlər bu ilin yanvar-aprel aylarında həyata keçirilib və aprelin sonundan zavodun fəaliyyəti bərpa edilib. Baş podratçı şirkətə məxsus qüsurların aradan qaldırılması zəmanətə daxil olunduğundan zavod üçün əlavə xərc yaratmayıb.

Baş podratçı şirkət tərəfindən zavodun tam gücü ilə fəaliyyət göstərməsinə mane olan səbəblər aradan qaldırıldıqdan sonra cəmi 2,5 ay ərzində təxminən 120,5 min ton məhsul istehsal edib. Hazırda müəssisə tam gücü ilə karbamid istehsal edir, həm daxili, həm də bazarlarda satır. Ölkə daxilində karbamidə olan tələbat tam ödənilməklə idxaldan asılılıq aradan qaldırılıb. Daxili bazarda karbamid yerli fermerlərə güzəştli qiymətlərlə (420 manat/ton) satılır. Xarici bazarlara satış qiyməti isə 415-420 ABŞ Dolları təşkil edir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb








Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb








Bakıda ağır yol qəzası: Ölən var








Binəqədidə qadın bıçaqlanaraq öldürülüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.