XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Apr
2021
16:46
342
07
Apr
16:46



SOCAR əməkdaşları vaksinasiya olunur - VİDEO

SOCAR əməkdaşları vaksinasiya olunur.

Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bildirib ki, vaksinasiya prosesinə ilkin olaraq SOCAR-ın dənizdə çalışan işçilərindən başlanılıb.

“Məqsəd isə dəniz neftçilərinin normal iş rejiminə qayıtmasını təmin etməkdir. Buna görə də Operativ Qərargahla razılaşdırılmış şəkildə dəniz neftçiləri arasında vaksinasiyaya start verilib.

Artıq 8 min 300-dən çox dəniz neftçisi vaksinasiya olunub. 3 mindən çoxu isə ikinci dozanı da qəbul ediblər. Hər iki dozanı qəbul edən işçilər artıq normal iş rejimində çalışa bilərlər.

Pandemiya dövründə dəniz neftçiləri bir həftə karantində gözləyir, daha sonra bir ay müddətində dənizdə qalmalı idilər. Çünki logistik olaraq karantin tələblərinə görə bunun başqa cür təşkili mümkün deyildi. İndi isə onlar normal iş rejimində - iki həftə quruda, iki həftə dənizdə olmaqla çalışa bilərlər. Bu da əlbəttə ki, hər kəsin arzuladığı iş rejimidir. Çünki, işçilərin sağlamlığı üçün bu daha münasibdir”.

İbrahim Əhmədov əlavə edib ki, digər tərəfdən yaş qrupları üzrə SOCAR-ın baş ofisində və digər ofislərində də vaksinasiya ümumi qaydada həyata keçirilib. İndi isə artıq SOCAR-ın bütün işçiləri vaksinasiyaya qoşulub:

“Operativ Qərargahın təlimatlarına əsasən, bu gün SOCAR-ın baş ofisində bir sıra işçilər, daha aşağı yaş qrupunda olan işçilər də peyvəndin birinci dozasını qəbul etdilər. Proses könüllü əsaslarla keçirilir.

Proses yəqin ki, hələ bir müddət də davam edəcək. Çünki, bəzi işçilər evdən çalışdığına görə onlar peyvəndləmədə iştirak edə bilməyiblər”.

Qeyd edilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və bir çox digər rəhbər şəxslər, eləcə də şirkətdə çalışan yaşlı nəslin nümayəndələri də daha əvvəl vakSinasiya olunublar. Hazırki mərhələdə isə bütün SOCAR işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunmaqdadırlar.


 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.