Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər



13 Yan
2021
14:47
345
13
Yan
14:47



SOCAR investorlara 20 milyon dollar faiz ödənişi edib

SOCAR dövriyyəyə buraxdığı istiqrazlar üzrə investorlara 20 milyon ABŞ dolları faiz ödənişi edib.

Bu barədə  “SOCAR Capital”dan məlumat verilib.

Belə ki, 2016-cı ildə daxili bazar üçün beş il müddətinə dövriyyəyə buraxılan SOCAR istiqrazları dördüncü ilinə yekun vurub. Bildirilib ki, bu emissiya ilə SOCAR qiymətli kağızlar bazarında böyük uğurlar qazanıb və bu istiqrazlar təkrar bazarda da ən çox satılan qiymətli kağız statusunu qorumağı bacarıb.

Əlavə edilib ki, SOCAR istiqrazları dövriyyəyə buraxıldığı ilk vaxtlardan etibarən daxili kapital bazarlarında əhəmiyyəti dərəcədə canlanmaya səbəb olub. Belə ki, 100 milyon dollarlıq istiqrazlar üçün tələb 200 milyon dolları ötüb. Bu günə qədər istiqrazlar üzrə investorlara 20 milyon dollar faiz ödənişi edilib və növbəti faiz ödənişinin 17 yanvar 2021-ci il tarixində baş tutması gözlənilir.

Qeyd edək ki, SOCAR-ın daxili bazar üçün istiqrazları 2016-cı ilin oktyabr ayından dövriyyəyə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi beş faiz və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər üç aydan bir olmaqla, ildə dörd dəfə ödənilir.

Bu il ərzində də SOCAR-a məxsus 100 milyon ABŞ dolları məbləğində istiqrazlar dövriyyəyə buraxılacaq. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların emissiyası nəzərdə tutulub.

Bildirilib ki, istiqrazların sahibi qiymətli kağızların nominal dəyərindən illik 4,5 faiz olmaqla tədavül müddəti bitənə qədər faiz əldə edəcək. İstiqrazların əsas məbləğinin ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən beş il təşkil edir.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb







Göyçayda 5 otaqlı ev yanıb







Bakıda bir nəfər köməksiz qaldı







Bakıda mansarda tipli ev yanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.