Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



28 Avq
2020
11:15
31682
28
Avq
11:15



Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoru barədə cinayət işi başlandı

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Saatlı rayon prokurorluğundan XeberOxu.Az-a verilən məlumata görə, həmin tədbirlərdən biri kimi, “Saatlı rayon Mərkəzi Xəstəxanası” publik şəxsin direktoru Səidə Şahpələngovanın qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Səidə Şahpələngovanın direktoru olduğu xəstəxanada bəzi işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitini təyinatı üzrə istifadə etməyərək əsassız olaraq xərcləməsinə, bəzi həkim və tibb bacılarının işə gəlmədiyi halda saxta tabel yazılmaqla onlara əməkhaqqı ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Aydın Quliyev: Prezident İlham Əliyevin izahları Ermənistanın yalan dayaqlara söykənən diplomatiyasına sarsıdıcı zərbə oldu







Hikmət Hacıyev: Ermənistan işğalçıdır, Azərbaycan isə ədaləti bərpa edir (VİDEO)







Cəbhədəki vəziyyətlə əlaqədar MM-in qapalı iclasının keçirilməsi təklif olunub







Spiker: Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır


Digər Kriminal xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.