XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



10 Iyun
2021
17:26
669
10
Iyun
17:26



Saatlıda narkotik alverçilərinə qarşı əməliyyat planı həyata keçirildi

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxsin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı şəhər sakini Fuad Nuriyev saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı yüksək təsiredici xassayə malik narkotik maddə - metamfetamin aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə həmin şəxsin evinə baxış keçirilən zaman oradan 3 qrama yaxın metamfetamin və 80 qram marixuana, eləcə də onun şəhər ərazisində yerləşən köhnə tikililərin birində gizlətdiyi çəkisi 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində Saatlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Rövşanə Nağıyeva

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








FHN Gəncədə yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb








Biləsuvar sakini iş yoldaşını qətlə yetirib








Nərimanovda gənc qız yol qəzasında yaralandı








Qubada 85 yaşlı qadın yanaraq ölüb


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.