# EVDƏQAL
# EVDƏQAL



17 May
2020
12:22
7597

17
May
12:22



Sabah güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 18-nə olan hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən XeberOxu.Az-a verilə məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 18-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Hava proqnozu xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.