17 Yan
2020
14:18
1315

17
Yan
14:18



“İdmanda şüurlu tədris!” kitabı çapdan çıxıb

“İdmanda şüurlu tədris!” kitabı işıq üzü görüb.

XeberOxu.Az-ın məlumatına görə, idman ustası Kazım Əliyevin müəllifi olduğu kitab üç fəsildən ibarətdir. “Qeyri-ənənəvi həftəlik tədris”, “Tədrisin vasitələri” və “Müasir idmana elmi yanaşma” fəsillərindən ibarət kitabda idman tədrisinin idmançıya çatdırılmasının vacib və aktual məsələ olduğu qeyd edilib. Kitabda idmanın milli hissləri özündə yaşadan, nəsildən-nəslə ötürən insanın mənəvi-əxlaqi və iradi dəyərlərini yüksəldərək, onu şəxsiyyət zirvəsində yeganə və əvəzsiz vasitə olduğu oxucuların diqqətinə çatdırılıb.

İdmançılar və idman mütəxəssisləri, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın rəyçiləri “Tərəqqi” və “Şöhrət” ordenləri ilə təltif olunan Ağayar Axundzadə və Əməkdar bədən tərbiyəsi və idman xadimi İqdam Ələkbərovdur.

Müəllifin daha əvvəl iki kitabı işıq üzü görüb. K.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin “Elmsiz idmanın gələcəyi yoxdur” çağırışına dəstək olaraq, 2008-ci ildə “İdmançının qələbə psixologiyası”, 2014-cü ildə isə “Məşqçinin stolüstü kitabı”nı qələmə alıb. Həmçinin K.Əliyev DVD formatında dərs vəsaitlərinin, seminar dərs proqramlarının hazırlanmasında və qeyri-ənənəvi tədris üslubunun təqdimatı sahəsində də mühüm işlər görüb.

1951-ci ildə Bakıda anadan olan K.Əliyev on yaşından yunan-Roma güləşi ilə məşğul olmağa başlayıb. O, 1971-ci ildə ölkə birinciliyinin, habelə bir çox yarışların qalibi adını qazanıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirən K.Əliyev üç il sonra məşqçilik fəaliyyətinə başlayıb. İdman mütəxəssisi 1993-cü ildə peşəkar güləş məktəbini təsis edib. Onun yetirmələri yerli yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də mükafatçılar sırasında yer alıblar.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.