19 Yan
2020
20:57
1481

19
Yan
20:57



6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib

"Arpaçay" karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə 6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib.

XeberOxu.Az-ın  məlumatına görə, 6 yaşlılarda Xəyal Göyüşov (15 kq), Yusif Quliyev (20 kq, hər ikisi Azərbaycan), Rustam Kovalçuk (25 kq, Ukrayna), Rəsul Əliyev (+25 kq, Rusiya), Sərvi Hüseynzadə (+25 kq, Azərbaycan), Katerina Çyuhasova (+20 kq, Ukrayna) birinci yeri tutublar.

Yeddi yaşlı karateçilər arasında Atilay Əbdülkərim (+20 kq,) Osman Əlizadə (25 kq), İlkin Əliyev (30 kq, hamısı Azərbaycan), Davud Doliok (+30 kq, Ukrayna), Leyla Məmmədli (20 kq, Azərbaycan), Aramita Malikişasgol (25 kq, İran), Xədicə Qasımova (+25 kq, Azərbaycan) fəxri kürsünün ilk pilləsinə yüksəliblər.

Səkkiz yaşlıların mübarizəsində İlia Gabrava (+25, Gürcüstan), Elməddin Səlimli (30 kq, Azərbaycan), Daniel Lypivski (35 kq, Ukrayna), Rafael Yusibov (35 kq), İlqarə Qurbanova (25 kq), Aysu Tarverdi (30 kq), Mədinə Kazımova (+30 kq, hamısı Azərbaycan) qalib olublar.

Rza Maqsudlu (25 kq), İsfəndiyar Novruzov (30 kq), Səməd Hüseynzadə (35 kq), Emil Şıxəliyev (40 kq), Amil Abbaslı (+40 kq, hamısı Azərbaycan), Mariya Şamokva (30 kq, Rusiya), Nərmin Əliyeva (35 kq), Mədinə Kazımova (40 kq, hər ikisi Azərbaycan) 9 yaşlı karateçilər arasında qızıl medal qazanıblar.

Uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkədən 900-dən çox idmançı mübarizə aparır. Turnirə bu gün yekun vurulacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.