21 Fev 2021
15:11
![]() |
21
Fev 15:11
![]() Sabah hava əsasən yağmursuz keçəcək Fevralın 22-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən XeberOxu.Az-a verilən məlumata görə fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Fevralın 22-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar -Video
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb -VİDEO
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü
|