# EVDƏQAL
# EVDƏQAL



11 May
2020
13:18
5195

11
May
13:18



Sabah şimşək çaxaçaq, yağış yağacaq

Mayın 12-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11° isti, gündüz 18-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Hava proqnozu xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.