Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
13:45
514

14
Yan
13:45



Sabah yağış yağacaq

Yanvarın 15-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XeberOxu.Az-a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət 80-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 15-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək







BŞBPİ sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - Polis rüşvət almayıb







Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir







Hacıqabulda yük maşınında kişi meyiti tapıldı


Digər Hava proqnozu xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.