Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyun
2019
10:46
810

07
Iyun
10:46




Sabunçu rayonunda 19 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -FOTO

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətinə baxış zamanı dibçəklərdə xüsusi olaraq əkilərək qulluq edilən 32 ədəd ümumi çəkisi 1 kiloqram 465 qram narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Narkotik vasitələrin kultivasiyasına qarşı daha bir tədbir Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan məlumat əsasında Nardaran qəsəsəbəsində yaşayan paytaxt sakini Ağaverdi Muradovun yaşadığı evin həyətində yerləşən istixanaya baxış keçirilib. Oradan xüsusi qulluq edilərək yetişdirilən 107 ədəd, ümumi çəkisi 15 kiloqram 525 qram olan çətənə kolu, 1 kiloqram 745 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq A.Muradovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah və 5 ədəd güllə aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib istintaq tədbirləri davam etdirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az