AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





24 Apr
2019
16:08
945



Sabunçu rayonunun bu qəsəbələrində yol infrastrukturu yenidən qurulur -FOTO

Sabunçu rayonu üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır.

Təmir-tikinti işləri "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu üzrə vətədaşların əsas istifadə etdiyi lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda görülür.

Agentlikdən Xeberoxu.az-a verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi General Səmədbəy Mehmandarov prospekti bu cür yollardan biridir. Prospekt qəsəbə üzrə mərkəzi yol hesab olunur və ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yoldur. Prospekt boyunca yeni yol infrastrukturunun yaradılması Sabunçu rayonu, Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması layihə çərçivəsində həyata keçirilir.

Sözügedən yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Bu üzdən təmir-tikinti işlərinə start verilməsi əhalinin ürəyincə olub.

Hazırda yol boyu asfaltlanma işləri görülür. Artıq müəyyən hissədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Ümumilikdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Qeyd edək ki, sözügedən yol Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrinin 120 mindən artıq sakininin istifadəsindədir.

Sabunçu rayonunda müasir yol infrastrukturunun yaradıldığı daha bir küçə Ramana qəsəbəsinin Elşən Məhərrəmli küçəsidir. Uzunluğu 3 km, eni isə 9 metr olan küçənin 27 min kv.m sahəsində təmir-bərpa işləri görülür. Ramana qəsəbəsinin əsas yollarından biri olan Elşən Məhərrəmli küçəsindən qəsəbənin 15 mindən artıq əhalisi istifadə edir.

Sabunçu rayonu üzrə 10 mindən artıq əhalisi olan “Savalan” yaşayış massivinin də yollarının vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün burda da təxirəsalınmaz tədbirlərə start verilib. Nəticədə qısa müddət ərzində sözügedən yaşayış məntəqəsində vətədaşların əsas istifadə etdiyi və sosial obyetlərin yerləşdiyi 3 km uzunluğa malik olan yollarında təmir-bərpa işləri aparılıb, 20 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Rayonda aparılan kompleks tədbirlər çərçivəsində Maştağa qəsəbəsinin 1.4 km uzunluğa və 7 metr enə malik Məhəmməd Şəfai küçəsi də təmir edilib. Təmir işləri zamanı əvvəlcə küçə profilə salınıb, daha sonra küçənin 14 min kv.m-dən çox sahəsinə xırda dənəli asfalt-beton örtüyü döşənib.

Yaxın müddət ərzində isə Sabunçu rayonu, Maştağa qəsəbəsində Mirəli Mirəliyev, Sabunçu qəsəbəsində İlyas Aslanov və Zabrat qəsəbəsində Qazi Məmməd küçələrində də təmir-tikinti işlərinə star veriləcək.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib







Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub







Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib (YENİLƏNİB)







Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib -FOTO


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az