# EVDƏQAL
# EVDƏQAL



17 May
2020
03:00
5029

17
May
03:00



Samirə Əfəndi "Eurovision 2020" mahnı şousunda iştirak etdi -VİDEO

Samirə Əfəndi "Kleopatra" adlı mahnısı ilə 65-ci Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin "Eurovision: Europe Shine A Light" xüsusi onlayn şousunda iştirak edib.

XeberOxu.Az-ın məlumatına görə, onlayn şou əvvəlcədən planlaşdırılan "Avroviziya 2020" finalının əvəzinə yayımlanıb.

Şou 46 ölkədə, o cümlədən "Avroviziya" mahnı müsabiqəsinin milli yayımçısı olan İctimai Televiziyada (İTV) canlı yayımlanır. Şərhçi məşhur ifaçı, bəstəkar, teleaparıcı və şoumen Murad Arifdir.

Qeyd edək ki, Samirə Əfəndinin "Kleopatra" mahnısına çəkilmiş videoklipi Youtube-dakı müsabiqənin rəsmi kanalında 4,6 milyon baxış toplayıb. Bir neçə gün əvvəl müğənni İnstaqram səhifəsində bu mahnının akustik versiyasını təqdim edib.

Xatırladaq ki, martın 18-də "Avroviziya 2020"nin (müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi) koronavirus pandemiyası (COVID-19) səbəbindən ləğv olunduğu elan edilmişdi. Daha sonra təşkilatçılar bildirdilər ki, iştirakçı ölkələr istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini əvəz edə və ya saxlaya bilərlər, lakin onlar artıq yeni kompozisiyalarla çıxış etməlidirlər. Samirə Əfəndi ölkəmizi "Eurovision 2021"də də təmsil edəcək.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.