12 Yan 2021
16:25
![]() |
12
Yan 16:25
![]() Samuxda çayxana sahibi və müştərilər cərimələndi Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi Bəhruz Həsənov və müştərilər Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -Video
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
|