XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



29 Noy
2021
16:24
1001
29
Noy
16:24



Ərdoğan Soçi görüşünə münasibət bildirib

“Əvvəllər də 3+3 platformasını gündəliyə gətirmişik. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul edəcəyi halda Gürcüstan da bu platformanın baş tutması ilə bölgədə sülhü çox açıq və qəti şəkildə dəstəkləyəcək”.

Xeberoxu.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Zirvə toplantısından ölkəsinə qayıdarkən jurnalistlərin sualına cavabında bildirib.

“Xüsusi ilə demokratiya və Azadlıqlar Adasındakı toplantımızda Türk Şurasının adını Türk Dövlətləri Təşkilatına dəyişdirdik. Bütün liderlər buna çox səmimi yanaşdı. Ancaq bundan narahat olanlar da yox deyil. Bu məsələdə Rusiyanın rahatsız olub-olmadığını deyə bilmərəm. Çünki cümə günü Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevin Rusiyada görüşü var idi (noyabrın 26-da keçirilən Soçi görüşüşün nəzərdə tutur - red.). Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə bir toplantı reallaşdırıldı.

Bu toplantı ilə bağlı qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə o, yığıncağın çox yaxşı və məhsuldar keçdiyini söylədi. Bu toplantı vasitəsi ilə Araz çayı boyu dəmiryolu, avtomobil yolu tikintisi məsələsi də həll edildi. Bununla yanaşı Iğdıradək salınacaq avtomobil yolu məsələsi də var. Avtomobil yolu vasitəsi ilə Naxçıvanın çətinliklərini aşmaq başqa tərəfdən Ermənistan ərazisindən keçməklə burada Azərbaycanın İğdır ilə əlaqələrinin yaranması üçün uğurlu bir addım olacaq. Dəmiryolu və avtomobil yolu vasitəsi ilə yük və sərnişin daşınması sahəsində də əhəmiyyətli addım atılacaq”, - Türkiyə Prezidenti bildirib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Xarici Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.