XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



01 Dek
2021
11:56
1505
01
Dek
11:56



Bu gündən hava şəraiti dəyişəcək - Xəbərdarlıq

Dünəndən cənub-qərb küləyinin üstünlüyü havanın temperaturunun iqlim normasından 5 dərəcəyədək yüksək olmasına səbəb olub.

Milli Hidrometeorologiya Xidmətindən Xeberoxu.Az-a verilən məlumata görə, küləyin maksimal sürəti Qobustanda 28 m/s, Daşkəsəndə 25 m/s, Xınalıqda 24 m/s, Altıağacda 18 m/s, Lerik, Astarada 17 m/s, Qubada 16 m/s, Yardımlıda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Maştağa, Qum adası, Binədə 18 m/s, Neft Daşlarında 17 m/s, Çilov adasında 16 m/s, Sumqayıtda 15 m/s-ə çatıb.

Hazırda Bakıda havanın temperaturu 18-20 dərəcə isti təşkil etsə də və hava nisbətən mülayim olsa da, yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Küləyin maksimal sürəti günün ikinci yarısından axşama doğru Bakıda və Abşeron yarımadasında 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə 30 m/s olacaq. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək.

Sabah gündüz saatlarında külək zəifləyəcək.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Hava proqnozu xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.