XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



02 Dek
2021
18:24
905
02
Dek
18:24



Uşaqlara əzab verən ögey anaya cinayət işi başlandı

Gəncə şəhərində uşaqlarına əzab verən ögey ana barəsində cinayət işi başlanıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb:

"Gəncə şəhər sakinləri 2009-cu il təvəllüdlü Əli və 2010-cu il təvəlüdlü Nigar Hüseynovanın (ad və soyad şərtidir) ögey anaları tərəfindən mütəmadi olaraq döyülmələri və onlara əzab verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Müəyyən olunub ki, azyaşlıların anasının ölümündən sonra ataları Zahid Hüseynovun (ad və soyad şərtidir) birlikdə yaşadığı Gəncə şəhər sakini Könül Vəliyeva (ad və soyad şərtidir) döyməklə və sair zorakı hərəkətlərlə azyaşlılara güclü fiziki ağrı və psixi iztirablar verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 133.2.1 (əzab vermə - iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib. 

Eyni zamanda, azyaşlıların prokurorluq orqanlarına müraciəti əsasında, onların sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Bundan başqa, uşaqların doğma atası Zahid Hüseynovun (ad və soyad şərtidir) qeyd edilənlərdən məlumatlı olduğu, hadisələrin bir sıra hallarda onun gözü qarşısında baş verməsi, bununla da,  Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini həyata keçirmədiyi, uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına laqeyd yanaşması aşkar edildiyindən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qarşısında iddia qaldırılıb".

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.