Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyun
2019
21:26
681

04
Iyun
21:26




Sarkisyan da aprel hadisələri ilə bağlı komissiyaya qatıla bilər

“Ermənistan Baş Naziri Nikol Paşinyanın təklifi əsasında 2016-cı ilin dörd günlük aprel müharibəsi ilə bağlı bütün halları araşdırmaq üçün yaradılacaq parlament komissiyasına ehtiyac yaranarsa, sabiq Prezident Serj Sarkisyan da dəvət edilə bilər”.

Xeberoxu.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Təhlükəsizlik və Müdafiə Daimi Komitəsinin üzvü Tiqran Karapetyan 2016-cı il hadisələri ilə əlaqədar keçiriləcək ilk iclası şərh edərkən bildirib.

“Aprel hadisələri ilə əlaqədar cəmiyyəti maraqlandıran bütün məsələləri müzakirə edəcəyik... Biz indiki və ya keçmiş vəzifəli şəxslərin dəvəti ilə nəsə etməyə məcbur deyilik. Serj Sarkisyanın iştirakı lazım olsa, onu dəvət edəcəyik”, - deyə o, söyləyib.

Onun sözlərinə görə, Komissiyanın təyin olunmuş səlahiyyətləri var və dəvət edilmiş şəxslər mütləq orada iştirak etməlidirlər. Bundan başqa, cavabları nəinki Ermənistanda, həm də qondarma Qarabağda gözləyirlər.

Xatırladaq ki,  2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq işğalçı Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağın hərbi birləşmələri ilə Azərbaycan ordusuna qarşı təxribatı nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub.

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozub, bu proses bugünə qədər davam edir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az