Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





11 Fev
2019
07:38
603



Saxtakarlıqla varlanmaq istəyinin gözdən saldığı "brendlər"

Mütəxəssislər deyir ki, istehlakçılar diqqətli olmalı, aldıqları məhsulun sertifikatını tələb etməlidirlər 

XeberOxu.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"...Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Leydi Şarm"ın gizli sexlərində dəyişdirilib" 

Yəqin ki, bu başlıqlı yazılar hər kəsə tanışdır. Son iki gündür gündəmi zəbt edən xəbərlərdən aydın olur ki, məşhur geyim markası aşağı keyfiyyətli paltarlara "Chanel", "Fendi", "Dolce & Gabbana", "Valentino", "Chiristian Dior" , "İtterre" və digər dünyaca məşhur bredlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə müştərilərə təqdim edilib. Həmçinin "Leydi Şarm"ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman, etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq "Leydi Şarm" mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb. Bundan başqa "Leydi Şarm" şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta "Made in Turkey" və "Made in İtaly" nişanları tikildiyi məlum olub.

Baş verən hadisəyə bir neçə aspektdən yanaşmaq olar. Amma, ən önəmlisi, istehlakçı hüquqlarının pozulmasıdır. Adı çəkilən "marka" demək uzun müddət imiş ki, alıcıları aldadırmış. Bu, insanların həm maddi, həm mənəvi baxımdan hüquqlarının pozulmasıdır. Belə ki, məhsulun dəyərindən qat-qat artıq qiymətə satılması alıcının maddi, brend mal aldığının təlqin edilməsi isə mənəvi baxımdan aldadılmasıdır. 

Bazarın başqa seqmentlərində də bu kimi hallar var  
 
Ona görə də, məsələ ilə bağlı ilk olaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. Sədr qeyd edilən marka ilə bağlı, artıq uzun müddətdir ki, şikayətlərin olduğunu bildirdi: "Azad İstehlakçılar Birliyinə uzun müddət idi ki, "Leydi Şarm"la bağlı həm yazılı, həm də zəngli şikayətlər daxil olurdu. Bizə gələn şikayətlərin 80%-ni danışıq yolu ilə həll etməyə çalışırıq. Yəni istehsalçıya istehlakçının şikayətini bildiririk. Şikayətlər müxtəlif istiqamətli olurdu. Kimisi məhsulun rəngindən, tikilişindən, dizaynından, kimisi də keyfiyyətindən narazı idi. Təəssüflər olsun ki, bu mövzu ilə bağlı bir dəfə də olsun danışıq yolu ilə istehlakçı hüquqlarının qorunmasına nail ola bilməmişik. Bu cür şikayətləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının qorunması Müdafiəsi Dövlət Xidmətinə göndərirdik. Onlar da istehlakçıları məhkəməyə yönəldirdilər. Yəni məsələ ilə bağlı anormal vəziyyət yaranırdı, çıxış yolu tapmaq olmurdu. Bu gün Daxili İşlər Nazirliyinin gördüyü işi yüksək qiymətləndirirəm. Çox təəssüf ki, bazarın başqa seqmentlərində də bu kimi hallar var. Düşünürəm ki, digər sahələrdə də təmizləmə işləri aparılmalıdır. Hazırda bir çox məhsul ölkəmizdə hazırlanaraq xarici marka adı altında satışa çıxarılır. Saxta malların satışı iki cür həyata keçirilir. Ya Azərbaycanda hazırlayıb saxta etiket vururlar, ya da Çindən, Türkiyədən gətirib burda etiketləyirlər. Hazırda ən bahalı brend məhsul satan mağazada belə, saxta mal tapmaq olar". 

Sədr qeyd etdi ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, alıcıların, aldıqları malın sertifikatını tələb etmək hüquqları var. Əgər istehsalçı sertifikat təqdim etmirsə, istehlakçılar onu almaqdan imtina etməlidirlər.
 
İstehsalçı monitorinq aparmalıdır
 
"Comunical" şirkətinin rəhbəri, marketinq kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı bildirdi ki, bu məqamda istehlakçının edə biləcəyi bir şey yoxdur: "Təəssüf ki, saxtakarlığın qarşısının alınması üçün alıcılar heç nə edə bilməz. Saxtakarlıqla üzləşdiyi və aldadıldığı zaman yalnız istehsalçıya şikayət ərizəsi ilə müraciət edə bilər. Məsələnin digər tərəfi maraqlıdır. Belə ki, bu məqamda marketinq kommunikasiya işi ön plana çıxır. Hər bir marka öz sağlam marketinq kommunikasiyasını qurmalıdır. Markalar istehlakçıları ilə bu və ya digər formada ünsiyyət qurmalıdır. Bu ünsiyyət virtual və ya real şəkildə ola bilər". 

Həmsöhbətimizdən "istehsalçı məhsulun saxtalaşdırılmasının qarşısını almaq üçün nə etməlidir?" sualına da cavab aldıq: "İlk olaraq onu deyim ki, hər bir istehsalçı daimi olaraq bazarda monitorinq aparmalıdır. Bu, biznesdə etinasız yanaşılmayacaq nüansdır. Çünki biznesdə risklər, krizislər və onların idarə olunması anlayışı var. Bu məqamın nə zaman baş verəcəyi heç vaxt proqnozlaşdırıla bilməz. Yalnız monitorinqlər nəticəsində bəzi nüanslar bəlli olur və bununla bağlı qabaqlayıcı tədbirlər görülür. Yəni istehsalçı tərəf Azərbaycana gəlməli, araşdırma işi aparmalıdır və görməlidir ki, ondan xəbərsiz saxta məhsulları satılır. Əgər onun adından saxta mal satıldığını müəyyən edərsə, bu zaman hüququ yollarla məsələyə aydınlıq gətirməlidir. O sübut etməlidir ki, istehsalçı olaraq ölkəmizə bu məhsulu ixrac etməyib".  
 
İdentifikasiya kodu
 
T. Abbaslı qeyd etdi ki, bu işdə əsas məsələ istehlakçı ilə əlaqənin qurulmasıdır. İstehlakçının orijinal ilə saxta malı ayırd edə bilməsi, ona verilən kommunikasiya platformasından asılıdır: "Bundan başqa, xaricdəki marka Azərbaycan istehlakçısı ilə birbaşa müxtəlif vasitələrlə kommunikasiya yaratmalıdır. Həmçinin malın xüsusi olaraq identifikasiya kodlaşdırılması həyata keçirilməlidir. Bu kodlaşdırmanı həyata keçirdikdən sonra kommunikasiya vasitələri ilə məhsulun saxta olub-olmadığını yoxlamaq mümkün olur. Yəni istehlakçı həmin kodla aldığı malla bağlı bütün məlumatları əldə edə biləcək. Bu baxımdan düşünürəm ki, məsələ ilə bağlı boşluq birbaşa olaraq marka məsuliyyəti daşıyan şirkətlərdədir. İndiki vəziyyətdə adı çəkilən marka qeyri qanunu addım ataraq istehlakçısını aldatmışdır. "Leyd Şarm" markasına ziyan vurmaqla bərabər, saxtalaşdırdığı digər brendlərin də imicinə zərər gətirmişdir. Belə hallarda həmin markaların hüququ var ki, onlara dəymiş zərərə görə iddia qaldırsınlar".

Orijinallıq sertifikatını tələb edin
 
"Fox Dijital Agentliyi"nin rəhbəri, marketinq üzrə mütəxəssis Seymur Quliyev deyir ki, bu kimi məsələlərdə müştəri özü də diqqətli olmalıdır: "Saxta mal anlayışı yoxdur, saxta brend anlayışı var. Yəni hansısa malın üzərində brend adını yapışdırmaq. Yaxşı olar ki, istehlakçılar məhsul alarkən brendin orijinallıq sertifikatını tələb etsin və ya malın üzərindəki haloqramı nəzərdən keçirsin. Brend malın qiyməti seqmentinə uyğun olaraq baha olur. Əgər bahalı bir markanın köynəyi 50 manata satılırsa və satanda "outlet" deyilsə, bu zaman müştəri onun brend olmadığını bilməlidir. Yəni hər bir alıcı özü də diqqətli olmalıdır". 
 
Zədələnmiş imicin bərpası
 
Məsələnin digər tərəfi isə baş vermiş hadisə ilə bağlı marka nüfuzunun aşağı düşməsidir. Maraqlıdır, bir marka nüfuzunu necə qorumalıdır və zədələnmiş imicini necə bərpa edə bilər?

S. Quliyev qeyd edir ki, hər hansı bir marka belə addım atıb istehlakçı hüquqlarını pozmaqla yanaşı, öz imicini də zədələmiş olur: "Zədələnmiş imici bərpa etməyin iki yolu var. Birincisi, mağaza adını dəyişmədən güclü PR işi aparmalı, müştərilərinə açıq qapı imkanları tanımalıdır. İkincisi isə "rebranding", yəni brendin adından tutmuş dizaynına, şüarına qədər hər şeyi dəyişmək və fəaliyyətə yenidən başlamaqdır".

Qısa yolla varlanmaq, saxtakarlıq
 
"Markaman" şirkətinin rəhbəri Rəşad Baxışov bildirdi ki, marka imicini qorumaq üçün müştəri məmnuniyyətinə xüsusi önəm verməlidir: "Marka" fərq yaratmaq deməkdir, amma yaxşı mənada. Əslində, hazırda bazarda müştəri kimi, istehsalçı davranışı da dəyişib. Müştərinin saxta məhsul ilə orijinalı ayırd etməsi demək olar ki, çox çətin məsələdir. Amma bu o demək deyil ki, alıcıya saxta məhsul satmaq olar. Hər bir marka öz məhsuluna və istehlakçısına hörmətlə yanaşmalıdır. Marka, fərq yaratmaqdır, diqqətdir və ən əsası keyfiyyətdir. Yəni sadaladığım bir neçə söz markalaşmanı tam ifadə edir. Hər hansı məhsulu istehsal edən, markalaşmaq istəyən və ya artıq markalaşmış şirkət hər bir nüansa diqqət etməlidir. Burada qablaşdırılmadan tutmuş dizayna, çatdırılmaya, təqdim edilməyə qədər hər addıma xüsusi önəm verilməlidir. Marka yaratmaq istəyən və ya imicini qorumaq istəyən şəxs qısa yolla  varlanmaq  və saxtakarlıq haqqında düşünmür. Təqdim etdiyi məhsulun keyfiyyəti yüksək səviyyədə olmalıdır. Çünki xoşa gələn dizaynda, yaxşı qablaşdırmada olan məhsulu bir dəfə alırıq, əgər keyfiyyəti yüksək olmasa, o zaman ikinci dəfə həmin məhsulu seçmirik. Qısası, markalaşmağa və imicinə önəm verən şəxs bunların hamısına diqqət yetirməlidir. Bu işlərdə müştəri məmnuniyyəti çox əsasdır".

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır







Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur







Azərbaycan Prezidenti İlham Əliyev China Poly Group Korporasiyasının sədri ilə görüşüb (FOTO)







Sabunçu rayonunun bu qəsəbələrində yol infrastrukturu yenidən qurulur -FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az