XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

05 Avq
2022
13:21
364
05
Avq
13:21



Səfirliyə hücum edənlərin lideri kimdir? - Şiə-sünni düşmənçiliyi yaradan Yasir Əl-Həbib...

Güney Azərbaycan televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı açıqlama verib.

Xeberoxu.Az bakupost.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, avqustun 4-də Azərbaycanın Britaniyadakı səfirliyini ələ keçirən "Mehdinin Xadimləri" radikal qrupunun başçısı Yasir Əl-Həbib İranın Qum şəhərində təhsil alıb və yetişdirilib.

Eyni halda o, İranın nüfuzlu din xadilərindən olan və hazırda İran rəhbəri Seyid Əli Xameneyinin müxaliflərindən biri kimi qələmə verilən Ayətullah Sadiq Şirazinin Londonda yaşayan qardaşının qızı ilə evlidir.

"Bunların yəni Sadiq Şirazi ilə Əli Xameneyinin ixtilafı əslində bir çox şiələrlə üst-üstə düşür. Onlar Xameneyini mərcə, yəni dini rəhbər kimi qəbul etmirlər. Əslində Xameneyi özü də özünü dini rəhbər hesab etmir, sadəcə ona başqaları dini rəhbər deyə xitab edirlər.

Adı çəkilən qrup Sadiq Şirazini dini rəhbər kimi qəbul edirlər. Buna görə də, Xameneyi ilə ixtilafları var.

Bundan öncə 2018-ci ildə, Sadiq Şirazinin oğlu Hüseyn Şirazi İranda həbs edildiyi üçün bu qrup Londonda İran səfirliyi qarşısında etiraz aksiyası keçirib və guya özlərini İran müxalifəti kimi qələmə verdilər.

Ancaq məsələnin əsli bundan ibarətdir ki, bu qrupda daxil olmaqla Küveyt və körfəz ətrafında yerləşən başqa ərəb ölkələrində fəaliyyət göstərən şiə qruplaşmaları İran hökuməti tərəfindən dəstəklənir və maliyyələşirlər.

Bunların avqustun 4-də Azərbaycan səfirliyinə hücumları əslində İran hökumətinin Azərbaycana qarşı təbliğatının nəticəsidir.

Guya Azərbaycan şiələri incidir, Azərbaycanın anti-şiə olduğu təlqin edilir və bunun nəticəsində səfirçiyimizə hücum edilir, səfirlik divarlarına şüarlar yazılır və bayrağımız aşağılanaraq yerə atılır"-deyə, Əhməd Obalı bildirib.

 

Günaz.TV rəhbərinin sözlərinə görə, əslində bu qrup İranda dövlətin bir qismi tərəfindən dəstəklənir və İranın oyunlarından biri də budur. İran dövləti son zamanlra Azərbaycana qarşı propaqandanı 10 dəfə artırıbdır.

"Binə qəsəbəsində divara yazılan hansısa şüarın silinməsi, həbsdə olan hansısa terrorçuların şiə rəhbərləri kimi qələmə verilməsi və başqa bu kimi hadisələr sadəcə bəhanədir.

İranın əsas narahatçılığı Azərbaycan-Ermənistan arasında olan problemin Azərbaycanın, yəni haqlı tərəfin xeyrinə həll olunması, Zəngəzur dəhlizinin açılmasıdır

Bunu bilməliyik ki, "Mehdi Xadimləri" qrupunun əməli həm bir başa İranın barmağı olan hərəkətdir və həmdə İranın propaqandasının nəticəsidir"-Əhməd Obalı belə deyib.

Qeyd edək ki, Yasir Əlhəbib 1979-cu ildə Küveytdə anadan olub. O, "Fədək" televiziyası, "Mehdi Xadimləri" radikal dini qrupu və "Məscid ül-Möhsün"ün qurucusudur.

Bir müddət İranın Qum şəhərində dini təhsil alan Əl-Həbib radikal fəaliyyətlərinə görə, Küveyt dövləti onun başçılıq etdiyi qurumun ofisini bağlayıb və özünün vətəndaşlığını ləğv edərək həbs etdi

Bir müddətdən sonra azadlığa buraxılan Yasir Əl-Həbib ölkədən çıxaraq Britaniyada yaşamağa başladı.

O, Londonda iranlı müctəhid Sadiq Şirazinin kiçik qardaşı Seyid Müctəba Sadiq Şirazi ilə tanış olub, onun qızı lə evlənib və ailənin qaynağı İrandan olan maddi dəstəyindən istifadə edərək radikal fəaliyyətlərini genişləndirib.

Onun fəaliyyərtləri İran hökumətinə müxalif olan bir sıra nüfuzlu din xadimləri tərəfindən tənqid edilib və Yasir Əl-Həbib şiə-süni düşmənçiliyi yaratmaqda günahlandırılıb

Bir sıra təhlilçilərin bildirdiyinə görə, "Mehdi Xadimləri" qruplaşması və onun başçısı İranın bölgədə və dünyada proksi qruplaşmalarından biridir.

Yasir Əl-Həbibin bağlı olduğu iranlı Şirazilərin İranda dövlətin üst qatlarında bilərəkdən alternativ "müxalif" cərəyan kimi ortaya çıxarıldığı, gələcəkdə ehtimal edilən məcburi hakimiyyət dəyişikliyi dövrü üçün yetişdirildikləri bildirilir.

Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Şabranda daha bir kəndin ərazisində yanğın başlayıb








Ağcabədidə dələduzluq edən şəxs tutuldu








TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB








Axtarışda olan 60 nəfər tutuldu - KRİMİNAL XRONİKA



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.