Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
13:13
609

02
Sen
13:13



Sentyabrın 27-də birinci “CEO Lunch Aktau” keçiriləcək

“Sevinc hissi ilə diqqətinizə çatdırırıq ki, kiçik fasilədən sonra Qazaxıstanda fəaliyyətimizi yenidən bərpa etdik və bu məqsədlə “Caspian European Club”, “Caspian Energy Investment Group” və “Caspian Energy International Media Group”un eksklüziv tərəfdaşı olan “Caspian Energy Kazakhstan” şirkətini qeydiyyatdan keçirtdik. “Caspian Energy Kazakhsatan” şirkəti informasiya-konsaltinq xidməti göstərmək və müxtəlif növ biznes-forum, dəyirmi masa, treninq, seminar və “CEO Lunch” təşkil etmək ilə məşğul olacaq”.

Xeberoxu.az xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“İlk tədbir “CEO Lunch” formatında keçəcək və 2019-cu il sentyabrın 27-də Aktau şəhərində baş tutacaq. “CEO Lunch”da Mangistausk vilayətinin və ümumilikdə Aktaunun investisiya cazibədarlığı barədə geniş məlumat təqdim olunacaq”, - deyə Telman Əliyev bildirib.

“CEO Lunch Aktau” – netvorkinq üçün unikal platformadır. Tədbir çərçivəsində yaradıcı ziyalılar, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.

Hər ay Qazaxıstanın müxtəlif şəhər və regionlarında təşkil olunacaq “CEO Lunch” Qazaxıstan və Azərbaycanın dövlət və özəl sektorları arasında dialoq üçün əsas vasitələrdən birinə çevrilməklə yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün də əlavə imkanlar yaradacaq.

CEO Lunch Aktau-da qeydiyyatdan keçmək üçün “www.caspianenergy.org” saytına daxil olun.


 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az