Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyul
2019
20:22
1860

04
Iyul
20:22



Sessiyada bir sıra irs nümunələrinə dair qərarlar qəbul olunub

İyulun 4-də günün ikinci yarısında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Özbəkistanın Səmərqənd şəhərinin qədim hissəsinin konservasiyası ilə bağlı müzakirələr davam etdirildi.

XeberOxu.az-ın məlumatına görə, iclasda şəhərin qədim hissəsində hotellərin tikintisinin dayandırılması və konservasiya işləri gücləndirilməsinə qərar verildi. Vurğulandı ki, bu işlərdə Ümumdünya İrs Komitəsinin və ICOMOS ekspertlərinin tövsiyələri nəzərə alınsın. Komitənin 44-cü sessiyasına qədər Özbəkistan tərəfinin hesabatı təqdim edilsin.

İclasda növbəti ciddi müzakirə Bolqarıstandakı qədim liman şəhəri Nesebırdakı vəziyyətlə bağlı oldu. Belə ki, üzv dövlətin məruzəsində qeyd edilən müsbət dəyişikliklər ICOMOS ekspertlərinin hesabatında öz əksini tapmamışdı. Buna görə də Bolqarıstandan üzv dövlət olaraq Nesebır şəhərinin vəziyyətini yaxşılaşdırmaq üçün konservasiya tədbirlərini gücləndirmək, tövsiyə edilən təklifləri yerinə yetirmək qəti şəkildə xahiş edildi. Bolqarıstan bununla əlaqədar 2021-ci ildə keçiriləcək 45-ci sessiyada hesabat verməlidir. Əgər müsbət dəyişiklik olmazsa, o zaman Nesebır təhlükə altında olan məkanlar siyahısına daxil ediləcək.

Sonra əvvəlcədən sessiya iştirakçılarına paylanılmış bir neçə sənəd - Orta Reyn, Monteneqro, Kiji (Rusiya), Diyarbəkir meşəsi (Türkiyə), Buda qəsri (Macarıstan) və digər məsələlərə dair qərar layihələri müzakirəsiz qəbul edildi.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az