Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
18:30
180



Səudiyyəli diplomat BAAU-da

Bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı müvəqqəti işlər vəkili Mamduh Moafak Aljarboo Bakı Avrasiya Universitetində olub. 

XeberOxu.Az xəbər verir ki, qonaq ilk olaraq universitetin rektoru professor Nazim Hüseynli ilə görüşüb. Mamduh Moafak Aljarboo ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyərək, ölkələrimiz arasındakı əlaqələrin sonradan ikitərəfli və çoxtərəfli müqavilələrlə daha da möhkəmləndirildiyini bildirib. Həmçinin Azərbaycanda ərəb dilinin öyrədilməsi istiqamətində də təhsil ocaqları ilə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib.

Diplomatı salamlayan rektor ona BAAU-nun fəaliyyəti, bakalavr, magistratura və doktorantura səviyyəsində kadr hazırlığı barədə məlumat verib. Rektor ərəb dilinin tədrisinə və səfirliklə BAAU arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə müvəqqəti işlər vəkilinə təşəkkürnamə təqdim edib.

Daha sonra tərəflər BAAU-nun tərkibində “Ərəb dili” mərkəzinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Mamduh Moafak Aljarboo rektorla görüşdən sonra universitetlə yaxından tanış olub. Ərəb dilinin tədris olunduğu fənn kabinetinə baxıb, tələbələrin çıxışlarını dinləyib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]