Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
11:09
281

08
Noy
11:09



Seulda OANA-nın XVII Baş Assambleyası işini davam etdirib

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası noyabrın 8-də Seulda işini davam etdirib.

XeberOxu.Az-ın məlumatına görə,  Baş Assambleya AZƏRTAC-ın sədrliyi və Koreya Respublikasının Yonhap agentliyinin təşkilatçılığı ilə keçirilir. İclasda 28 ölkədən 32 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Assambleyanın ikinci günündə “Jurnalistika üçün yeni çağırışlar: texnoloji yeniliklər və xəbərlərin etibarlılığı” mövzusunda konfransın 2-ci və 3-cü sessiyaları keçirilib. Sessiyalarda xəbər buraxılışı və yayımında tətbiq edilən texnoloji yeniliklər, həmçinin mediaya etimad və feyk məlumatlarla mübarizə məsələləri müzakirə olunub.

Avstraliyanın Associated Press agentliyinin baş redaktoru Antoni Gilles və Aralıq Dənizi Xəbər Agentlikləri Alyansının baş katibi Georgios Penintaksın moderatorluğu ilə keçən sessiyalarda Dennis Veitziq, Duan Atkins, Troy Makrat təqdimatlarla çıxış ediblər. Çıxışlarda xəbər agentlikləri tərəfindən buraxılan fotoların internetdə müəlliflik hüququnun qorunması, izlənməsi, xəbərlərin statistikasının aparılması kimi proqram təminatları barədə məlumat verilib. Eyni zamanda, feyk xəbərlərin informasiya mühitinə təsiri, yalan məlumatlarla mübarizə yolları, mediaya etimadın vacibliyi barədə fikirlər bildirilib.

Assambleya çərçivəsində OANA İcraiyyə Komitəsinin 45-ci iclası keçirilib. OANA-nın prezidenti Aslan Aslanovun sədrliyi ilə keçən iclasda Baş Assambleyada müzakirəyə çıxarılacaq məsələlərə baxılıb. Növbəti Baş Assambleyanın yeri və vaxtı, yeni üzvlərin qəbulu, təşkilatın Nizamnaməsinə dəyişikliklər, İcraiyyə Komitəsinin tərkibi ilə bağlı məsələlər müzakirə olunub.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az