Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Dek
2019
05:05
861

03
Dek
05:05



"Sevgiyə görə ölməyə də dəyər" - Pərvin son nöqtəni qoydu

Aktrisa Pərvin Abıyeva sevgilisi eks-polis işçisi Murad Abdullayev haqda danışıb.

 XeberOxu.Az-ın məlumatına görə,  o, açıqlamasında özünü M.Abdullayevin işdən çıxarılmasında günahkar görməyib:

“Neçə gündür gözləyirəm ki, ara sakitləşsin, söhbət bir soyusun. Amma görürəm danışmasam olmur. Murad mənimlə sevgili oldugu üçün işdən çıxarılmayıb. Dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb.

Pərvin daha sonra bunları əlavə edib:

“50 nəfərlik məclis idi və orada hər sahədən insanlar var idi: Polisindən tutmuş modelinə kimi. Tanınmış simalar da çox idi. Normal olaraq insanlar doğum günü məclisinə yığışıb və özəl günü öz səhifələrində paylaşırlar. Mən isə heç bir şey paylaşmamışdım. Burada nə məni, nə də səhifəsində paylaşan insanları günahlandırmaq olmaz. Hər kəsin əqli şüuru var. Kiminsə də belə bir şey olacağı ağlına gəlməzdi. Qismət belə imiş… Oldu. Nə ailə dağıtmışam, nə də körpə uşağı atasız qoymuşam. Kaş belə olmazdı, özümdə zərrə qədər günah görmürəm. Hər qoyun öz ayağından asılır. Onu da deyim ki, sevgiyə görə nəinki işdən çıxmağa, ölməyə də dəyər”.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev M.Abdullayev “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozduğu üçün Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Onu da bildirək ki, P.Abıyeva və M.Abdullayev bu ilin əvvəllərində tanış olub. 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qəzada ölən məktəblilərin kimliyi məlum olub







“İstəməzdim ki, Çingizin adı bu işdə hallansın” - Mirşahin







“Bizi 4 dəfə səhnəyə qaytardılar...”







Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.