29 Iyun
2020
12:57
2345

29
Iyun
12:57



Siyavuş Novruzov: Koronavirusla əlaqədar şayiə yayanlar barədə ölçü götürülməlidir

Hesab edirəm ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, cərimələri daha da sərtləşdirməliyik.

XeberOxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, cərimə edilməmək üçün hər kəs 30 qəpiklik maska taxmalıdır:

"Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsınlar və cərimə edilməsinlər. Bu həm də onların sağlamlığının qorunmasıdır. Biz qanunu daha da sərləşdirməliyik. Bizim hər birimiz intizamlı olmalıyıq".
Komitə sədri əlavə edib ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir: "Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Bunlar barədə ölçü götürülməlidir. Bəziləri hətta belə bir informasiyalar yayır ki, siz qanunu pozun, cənab Prezident həmin cərimələri ödəyəcək".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Gündəm xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.