RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



20 Iyun
2019
22:36
2694



Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz

Su orqanizmin normal fəaliyyəti üçün qida qədər və hətta, deyə bilərik, qidadan daha vacibdir.

Məhz bu səbəbdən insan az su içəndə bu dərhal onun orqanizminin fəaliyyətinə təsir edir, müxtəlif pozulmalara səbəb olur. Təəssüf ki, insanların bir çoxu bu problemləri mayenin az qəbulu ilə deyil, digər səbəblərlə əlaqələndirərək dərmanlara üz tutur.

Tibb.fins.az Saglamolun.az-a istinadla sizi suyun az qəbulu ilə bağlı ola bilən sağlamlıq problemləri ilə tanış edir:

 - Yorğunluq, süstlük, yuxululuq,  tonusun azalması

Az su içən insanın orqanizmində qan qatılaşır və qan dövranı zəifləyir. Nəticədə bütün orqan və sistemlərin funksiyaları ləngiyir və zəifləyir.

- Baş ağrısı

Yuxarıda qeyd etdiyimiz kimi, az su içən insanın qanı qatılaşır ki, bu da qan dövranına mənfi təsir edir. Nəticədə orqanizm daha az oksigen alır ki, bu da ilk növbədə beyin üçün ziyanlıdır.   

- İştahanın səbəbsiz artması

Beynimizdə maye qəbulu və iştahaya cavabdeh olan hissələr yaxın yerləşir. Bu səbəbdən insan susuzluqdan əziyyət çəkdikdə orqanizm bunu aclıq kimi "başa düşə" bilər. Belə hallarda su için. "Aclıq" keçibsə, deməli siz əslində su istəyirdiniz.

- Göz quruluğu

Hamı bilir ki, bu simptomdan əsasən uzun müddət kompüterdə işləyən insanlar əziyyət çəkir. Lakin bəzən bunun səbəbi susuzlaşma da ola bilər.

Göz daim göz yaşları ifraz edir. Göz yaşları göz almasını nəmləndirir, qurumaqdan qoruyur. Orqanizm az miqdarda su alanda mayeni qənaət etməyə başlayır ki, bu da göz yaşı kanallarına təsir edir.

- Ürək döyünməsinin artması

Az su içən insanın qanı qatılaşır. Ürək belə qatı qanı orqanizm boyü dövr etmək üçün daha çox əziyyət çəkir, ürəyə düşən gərginlik artır. Bu isə öz növbəsində ürəkdə ağrı və xoşagəlməz hisslərə səbəb olur.

- Onurğa və oynaqlarda ağrılar

Onurğa fəqərələri arasında və həmçinin oynaqlarda qığırdaqlar yerləşir. Bu qığırdaqlar amortizasiya funksiyasını yerinə yetirir. Qığırdağın çox hissəsi mayedən ibarətdir. Susuzlaşma zamanı qığırdaqlar  quruyur və bu da onurğa və oynaqlara ağrı və digər xoşagəlməz hisslərə səbəb olur.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az