29 Iyun
2020
08:30
2687

29
Iyun
08:30



Skoda Octavia Combi Scout modeli debüt edib

Skoda şirkəti yeni nəsil Octavia Combi Scout modelini təqdim edib. Yolsuzluq üçün hazırlanmış universal yalnız tam ötürməli deyil, həm də ön ötürməli modifikasiyasında təklif ediləcəkdir. Scout modifikasiyası adi universaldan 15 millimetr artırılmış klirensi və plastikdən hazırlanmış kuzovun mudafiə qurşağı ilə fərqlənir.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, dördüncü nəsil Octavia Combi Scout modeli 19-düymlük təkər disklərini, pedal örtmələrini və opsional matrisa fənərlərini əldə edib. Bundan əlavə, Scout universalı sələfindən 16 milimetr uzun (4703 millimetr) və 15 millimetr daha genişdir (1829 millimetr). Nəticədə, salondakı sərbəst məkan artmış, baqaj bölümünün  həcmi isə 640 litrə (+30 litr) çatmışdır.

Modelin mühərrik çeşidinə 115, 150 və 200 at qüvvəli 2,0-litrlik dizel mühərrikləri, habelə 150 və 190 at qüvvəli 2,0-litrlik benzin aqreqatları daxil edilib. Alternativ olaraq, yeddi pilləli "robot" ilə tandemdə çalışan 1,5-litrlik e-TEC mülayim hibrid güc qurğusu da təklif edilir.

Yeni model haqqında ətraflı məlumat və onun satışlarının başlanması tarixi iyul ayının əvvəlində açıqlanacadır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.